Azərbaycan Mədəniyyət Fondu və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası növbəti birgə layihələrinin hazırlıq işlərini tamamlamaq üzrədir.
   Bu il ikinci dəfə təşkil olunan Qəbələ Beynəlxalq incəsənət-rəsm sərgisi dekabrın 17-18-də “Qafqaz Resort” otelində keçiriləcək. Sərgi “Sənət! Həyat! Torpaq!” mövzusunu əhatə edir.
   Dünyanın 16 ölkəsindən 100-dən çox rəssam bu sərgidə iştirak edəcəyini təsdiqləyib. Onlar ABŞ, Almaniya, Avstriya, Azərbaycan, Böyük Britaniya, Fransa, Gürcüstan, İsrail, İtaliya, Koreya, Qazaxıstan, Latviya, Rusiya, Slovakiya, Türkiyə və Ukraynanı təmsil edirlər.