Fevralın 9-dan 23-dək İzmir Dövlət Rəsm və Heykəl Muzeyində türk və Azərbaycan rəssamlarının birgə sərgisi keçiriləcək. Sərgi "Doğudan Batıya, Batıdan Doğuya Kardeş Sergiler" adlanır.
   Sərgidə Azərbaycan və türk rəssamlarının işləri təqdim olunacaq. Azərbaycanı sərgidə İlqar Əkbərov və Nəvai Mətin Məmmədoğlu, Türkiyəni isə Dizar Ercivan Zencirci və Nurullah Aydın təmsil edəcək. İlqar Əkbərovun bildirdiyinə görə, rəssamların hər birinin 20-dək əsəri sərgilənəcək.