Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Xalq rəssamı Böyükağa Mirzəzadənin yaradıcılığından bəhs edən kitabın təqdimatı keçirilib.
   
   “Azərbaycanın Xalq rəssamı Böyükağa Mirzəzadənin yaradıcılığı” adlı kitab görkəmli incəsənət xadiminin 90 illik yubileyi münasibətilə işıq üzü görüb. Mərasimdə rəssamın yaxınları, sənət dostları görkəmli fırça ustasının həyat yolundan, onunla bağlı xatirələrindən danışıblar.
   Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın müəllifi görkəmli sənətkarın ailəsində böyüyüb ərsəyə gəlmiş Leyla Mirzəzadə, redaktoru Zakir Abdullayevdir.
   Azərbaycan və rus dillərində hazırlanmış nəşrə ölməz rəssamın əsərlərindən ibarət nəfis kataloq kimi də baxmaq olar. Nəşrdə Böyükağa Mirzəzadənin rəngkarlıq və qrafika işlərindən nümunələr geniş yer alıb.
   Təqdimat mərasimi çərçivəsində açılmış sərgidə görkəmli fırça ustasının özünün əsərləri ilə yanaşı, nəvəsi Leyla və nəticəsi Zinyət Mirzəzadələrin yaradıcılıq nümunələri də nümayiş olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar