Fevralın 24-də “LN art centre” İncəsənət Mərkəzində Xocalı soyqırımının 20-ci ildönümünə həsr edilmiş “Xocalı uşaq rəsmlərində” sərgisi açılacaq. Sərgidə mərkəzin nəzdində fəaliyyət göstərən uşaq studiyasının şagirdlərinin rəsmləri nümayiş etdiriləcək. Sərgi 3 gün davam edəcək.