Martın 14-də İçərişəhərdəki “Qız qalası” qalereyasında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 12 illik fasilədən sonra rəssam Rəşad Mehdiyevin yeni fərdi yaradıcılıq sərgisi açılacaq.
   Rəşad Mehdiyevin əsərləri milli və Avropa incəsənətinin ənənələrini özünəməxsus şəkildə əks etdirir, fərdi dəst-xətti, yaradıcılıq üslubu, orijinal yaradıcılıq axtarışları, Azərbaycan miniatürlərində gördüyümüz əlvan və parlaq rənglərin zəngin koloriti ilə seçilir. Rəssamın Sankt-Peterburqda, Vyanada fərdi sərgiləri keçirilib. 2001-ci ildə Azərbaycanı TÜRKSOY rəssamlarının müsabiqə-sərgisində birinci mükafata layiq görülüb.