Gənc və istedadlı xalçaçı rəssam Pərvin Kazımovun hazırladığı “Nur” kompozisiyası Omanda keçirilmiş Beynəlxalq “Muskat” festivalında diplom və sertifikata layiq görülüb. Festival Muskat bələdiyyəsi, İslam mədəniyyətini və tarixini öyrənən İstanbulun Beynəlxalq Axtarış Mərkəzi tərəfindən təşkil edilib.
   Pərvin Kazımovun 200-dən çox rəng çalarlarını 700-dək islam və Şərq adət və ənənələrini əks etdirən bu kompozisiyası “Muskat” festivalının gözəl guşələrindən birini bəzəyib. Həmyerlimizlə bağlı “Oman Tribune” qəzetində məqalə dərc edilib. Gənc azərbaycanlı rəssam bu kompozisiya üzərində bir neçə il işləyib. Rəssamın sözlərinə görə, 1,25 metr eni, 1,78 metr uzunluğu olan xalçaya 1600 ilmə vurulub.
   Qeyd edək ki, Pərvin Kazımovun emalatxanasında toxunmuş xalçalar hazırda ABŞ, Rusiya, Türkiyə, Yaponiya, Gürcüstan və digər ölkələrdə şəxsi kolleksiyaları bəzəyir.