Aprelin 4-dən 10-dək Azərbaycan Milli İncəsənət Muzeyində Özbəkistanın Xalq rəssamı, Özbəkistan Rəssamlıq Akademiyasının sədri, akademik Akmal Nurun rəngkarlıq əsərlərindən ibarət sərgi keçiriləcək. Sərgi Mədəniyyət və Turizm Nazirliyinin, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun, Özbəkistan Mədəniyyət və İncəsənət Forumu Fondunun, Özbəkistan Rəssamlıq Akademiyasının və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşəbbüsü ilə təşkil olunub. Sərgidə rəssamın son beş ildə yaratdığı 40-dan çox əsəri nümayiş etdiriləcək.