Mayın 2-də Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli heykəltəraş, Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarovun, tanınmış türkiyəli rəssam Abidin Eldaroğlunun və fotoqraf Ozan Sağdıçın birgə sərgisi açılacaq. Sərgi Mədəniyyət və Turizm, Təhsil nazirlikləri, Dövlət Rəssamlıq Akademiyasının birgə təşəbbüsü ilə gerçəkləşəcək.
   Abidin Eldaroğlunun rəsmləri bir çox xarici ölkələrdə, Madrid, Brüssel, Paris, Berlin, Vyana, Venesiya və Milan şəhərlərində sərgilənib. Bundan əlavə, rəssam bir çox ölkələrdə təşkil olunmuş biennalelərdə mükafatlara layiq görülüb.
   Ankara Fotoqraf Sənətçiləri Dərnəyinin fəxri üzvü Ozan Sağdıçın fotoları bir çox jurnallarda, nəşrlərdə işıq üzü görüb.