Mayın 2-də Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda tanınmış rəssam Kirman Abdinin “Əsrlərin yaddaşı - nəsillərin yaddaşı” bədii plakat sərgisi açılıb. Mərasimdə Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Karikaturaçı Rəssamlar Birliyinin sədri Bayram Hacızadə, Mədəniyyət və Turizm Nazirliyinin aparıcı məsləhətçisi Əsəd Quliyev və başqaları çıxış edərək, sərginin əhəmiyyətindən danışıblar. Bildirilib ki, son vaxtlar ölkəmizdə plakat janrında bir süstlük yaranıb. Bu mənada istər respublikamızda, istərsə də xarici ölkələrdə keçirilən bədii plakat müsabiqələrində dəfələrlə fəxri diplomlarla təltif edilmiş Kirman Abdinin həmin janra yeni nəfəs gətirdiyini söyləmək olar. Qeyd olunub ki, ermənilərin əsrlər boyu xalqımızın başına gətirdikləri müsibətləri gələcək nəsillərə çatdırmaqda rəssamlar üçün plakat janrı daha mükəmməldir.
Mərasimdə çıxış edən rəssam Kirman Abdin bildirib ki, sərgidə nümayiş olunan plakatların əksəriyyəti siyasi məzmun daşıyır: “Məqsədim xalqımızın başına gətirilən müsibət və dəhşətləri bu və ya digər formada gənclərə, gələcək nəsillərə çatdırmaqdır”.
Sərgidə rəssamın 50-dək əsəri nümayiş olunur. “Bakı, 20 Yanvar, 1990” o müdhiş hadisəni, “Yetər parçalanmaq” plakatı tarixən itirdiyimiz torpaqları gözlərimiz önündə canlandırır. “Dünənimdən bu günümə gələn yol”, “Qan yaddaşı”, “Əsrin müqaviləsi”, “Daş olsaydım əriyərdim, torpaq idim dayandım” və s. plakatlar da tamaşaçılarda zəngin təəssürat yaradır.
Sərgi bir həftə davam edəcək.