Azərbaycan və Qərb müasir incəsənət nümayəndələrinin əsərləri bir arada
Mayın 15-də Müasir İncəsənət Muzeyində Azərbaycanın müasir incəsənətinin təbliği ilə məşğul olan “YARAT!” qeyri-kommersiya təşkilatının təşkilatçılığı ilə “Birləşən körpülər” adlı orijinal sərgi açılıb. Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər.
“YARAT!” qeyri-kommersiya təşkilatının rəhbəri Aida Mahmudova sərgi haqqında məlumat verərək bildirib ki, qurum, bir ildən az müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan incəsənəti mühitində özünə yer tuta bilib. “YARAT!”ın sayca üçüncü böyük layihəsində 12 yerli və 13 xarici rəssamın əsərləri təqdim olunur. Xarici rəssamların əksəriyyəti İngiltərədən, Amerikadan, Hollandiyadan və digər ölkələrdəndir. Bu layihəni mədəni dialoq adlandırmaq olar, çünki incəsənət müxtəlif millətlərin, mədəniyyətlərin, dinlərin nümayəndələrinin bir-birilərini öyrənmələrinə kömək edir: “İncəsənət, ümumilikdə gözəllik bizim hamımızı birləşdirir”.
Sərginin kuratorları Aida Mahmudova və Adam Vaymutdur (Böyük Britaniya).
Layihədə iştirakından qürur duyduğunu söyləyən A.Vaymut sərgini azərbaycanlı rəssamların dünyadakı müasirləri ilə dialoqu kimi qiymətləndirib. Onun sözlərinə görə, tədbir həm də Bakının beynəlxalq incəsənət mərkəzləri ilə çiçəklənən əlaqələrini bir daha təsdiqləyir. Azərbaycan rəssamları ilə yanaşı, Böyük Britaniyanın və digər ölkələrin fırça ustalarının da iştirak etdikləri bu sərgidə britaniyalı və beynəlxalq rəssamlar - Ceyms Turrell, Sara Lukas, Anni Morris, Pol Frayer, Kit Kaventry, Aleks Hoda, Olimpiya Skerri, Rayan Mozli, Caap de Vris, Corc Yang və Nil Klementsin, həmçinin azərbaycanlı fırça ustaları Ağa Hüseynov, Altay Sadıqzadə, Faiq Əhməd, Rəşad Ələkbərov, Əli Həsənov, Niyaz Nəcəfov, Rəşad Babayev, Fərid Rəsulov, Aida Mahmudova, Orxan Hüseynov, Nəzrin Məmmədova və Ramal Kazımovun əsərləri nümayiş etdirilir. Sərginin kuratorları dünyanın qabaqcıl incəsənət mərkəzlərini təmsil edən həm tanınmış, həm də yeni istedadların işlərinin toplusunu təqdim edirlər.
Sərgi həm də Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə üst-üstə düşür. Şübhəsiz, bu mahnı müsabiqəsi Bakıya minlərlə tamaşaçı cəlb edir. Beləliklə, sərgidə nümayiş etdirilən işlər daha böyük, beynəlxalq auditoriyalara açılmış olur.
Beynəlxalq arenada məşhur olan və Bakı Müasir İncəsənət Muzeyinin tikinti layihəsinin tərtibatçısı və əlaqələndiricisi Altay Sadıqzadədən başlamış, Azərbaycanı 2007-ci il Venesiya Biennalesində təmsil etmək üçün seçilən Faiq Əhmədə qədər sərgidə iştirak edən azərbaycanlı rəssamlar da öz beynəlxalq həmkarları kimi geniş təcrübəyə malikdirlər.
Bütün dünyada tanınmış İdris Xanın xüsusi olaraq Bakıya gətirilmiş installyasiyası da “Birləşən körpülər” sərgisində nümayiş etdirilir. O həm Qərb, həm də İslam ənənələrinin musiqi və mətn tarixlərini araşdıran və rəqəmsal işlənən çapları ilə məşhurdur. Bu sərgidə o, dörd paslı polad paneldən ibarət olan heykəltəraşlıq əsərini nümayiş etdirir. Heykəlin üzərində Oliver Messayanın kvartetinin, alman həbs düşərgəsində olarkən yazdığı “End of Time” (1941, “Zamanın sonu”) əsərinin notları qumla həkk olunub.
Sərginin sponsorları “İtaldizain Qrup”, “Bakcell”, “Rapid Solutions” şirkətləri və Gənclər və İdman Nazirliyidir. Sərgi iyunun 15-dək davam edəcək.