Mayın 29-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Aznar” şirkətinin təşkilatçılığı ilə eyniadlı incəsənət sərgisi açılıb. Sərgidə 85 əsər nümayiş etdirilir. Onların içərisindən 9 tələbənin əsəri qalib elan olunub. Qaliblər “Aznar” şirkətinin dəstəyi ilə 5 gün müddətinə Sankt-Peterburqun Ermitaj Muzeyinə göndəriləcəklər. Akademiyanın rektoru, Xalq rəssamı Ömər Eldarov sərginin təşkilinə görə “Aznar” şirkətinin direktoru Fərhad Əhmədova təşəkkürünü bildirib.