Gəncə Uşaq İncəsənət Məktəbinin “Gəncə qönçələri” mahnı və rəqs ansamblı bu ilin avqustunda Türkmənistanda keçiriləcək festivala dəvət alıb. Məktəbdən verilən məlumata görə, bundan əvvəl ansambl Türkiyənin İzmir vilayətində keçirilən 23 aprel-uşaq bayramında uğurla çıxış edib. Hazırda “Gəncə qönçələri” mahnı və rəqs ansamblı Orta Asiyada keçiriləcək festivala hazırlıq məqsədilə gərgin məşq edir.