İyunun 18-də ABŞ-ın Nyu-York ştatının “Tayms Skver” adlanan məşhur Brodvey küçəsi öz reklam lövhələrini rəsm əsərlərinə çevirəcək. Həmin gün axşam başlanacaq bu xüsusi sərgi gecəsi məşhur musiqi qruplarının çıxışları və xüsusi VİP Party əyləncə ilə müşayiət olunacaq.
   “Art Takes Tayms Skver” adlanan bu layihəni ərsəyə gətirən “Chasharma” və incəsənəti dəstəkləyən digər Amerika şirkətləridir. Sərgidə tanınmış azərbaycanlı rəssam, beynəlxalq mükafat laureatı Mehriban Əfəndinin də əsərləri nümayiş etdiriləcək. Mehriban Əfəndi bildirib ki, bu qlobal sərgiyə dəvət və seçim internet vasitəsilə 2 milyondan artıq iştirakçı arasında aparılıb.