Rusiyalı rəssamın “Müasir xalça” sərgisinə həsr olunmuş məqalə müsabiqəsi keçirilir
   
   L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi və “Burqanov Evi” Moskva Dövlət Muzeyi Rusiya Federasiyasının Əməkdar rəssamı, sənətşünaslıq namizədi, Rusiya İncəsənət Akademiyasının müxbir üzvü İqor Burqanovun eskizləri əsasında toxunmuş xalçalardan ibarət “İqor Burqanovun müasir xalça sərgisi”nə həsr olunmuş elmi-sənətşünaslıq məqalələr müsabiqəsi elan edib.
   
   Rusiyalı rəssamın mayın 12-də Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində açılan sərgisi iyulun 20-dək davam edəcək. Müsabiqənin nəticələrinə əsasən ən yaxşı məqalə müəllifləri mükafatlandırılacaq: 1-ci mükafat - 300, 2-ci mükafat - 200, 3-cü mükafat - 100 manat, həvəsləndirici mükafatlar - 50 manat. Müsabiqənin yekunlarına əsasən Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində konfrans keçiriləcək və seçilmiş məqalələrin toplusu çap ediləcək.
   Müsabiqəyə Azərbaycan və rus dilində məqalələr 15 oktyabr 2012-ci il tarixinədək təqdim edilə bilər. Məqalələr elektron formada (CD) təqdim olunmalı, materialda müəllif barədə məlumat, rus və ingilis dillərində annotasiyalar, ədəbiyyat siyahısı (mənbələr) yer almalıdır.
   Əlavə məlumat üçün L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə (Neftçilər prospekti 123a. Tel: 493 66 85 / 493 20 19/ e-mail: mail@azcarpetmuseum.az) müraciət etmək olar.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar