Azərbaycanın rəqs və folklor kollektivləri Türkiyədə keçirilən festival və şənliklərdə iştirak ediblər. 
   Açılış mərasimində Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın da iştirak etdiyi Kayseri 23-cü Beynəlxalq Dadaloğlu mədəniyyət festivalında Bakıdan gəlmiş folklor qrupunun ifası böyük maraqla qarşılanıb, incəsənət ustalarımıza xatirə hədiyyələri təqdim edilib.
   Azərbaycandan dəvət edilmiş rəqs qrupu isə Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağın da iştirak etdiyi Yozqat 13-cü Beynəlxalq Sürmeli şənliklərində milli rəqslərimizi ifa edib.
   Rəqs və folklor qruplarımız Bursada 8-ci Beynəlxalq aşıqlar və şairlər festivalı, Tokatda 19-cu Erbaa folklor festivalı və Ərdəhanda Beynəlxalq Çıldır göl festivalına da qatılıblar.