İyulun 19-da “Kiçik Qala Art” qalereyasında rəssam Afət Bağırovanın əsərlərindən ibarət “I love absurde” (“Mən cəfəngiyatı sevirəm”) adlı sərgi açılacaq.
   Rəssam öz əsərləri ilə tamaşaçıları dünyaya digər nöqteyi-nəzərdən baxmağa çağırır. O, ağlasığan surətləri və obyektləri uyğunlaşdıraraq, sanki öz pərəstişkarlarına stereotipi kəsib atmaq üçün bıçaq verir. Rəssamın əsərlərini, instalyasiyalarını, heykəllərini və videosunu dərk etmək tamamilə mümkündür, fikrini tamamlamaq isə yox. Çünki onu ilhamlandıran hadisələrin təməlini qeyri-məntiqi və struktursuz əsaslar təşkil edir.
   Afət Bağırova vizual surətlərdən istifadə edərək anlayışımızda xaos yaradır. Hər əsərin dəqiq bir məna daşıması məcburiyyətində olmasına əmin olmağımız bizi məntiqi labirintə salır, rəssam isə bu labirinti sındırmağa cəhd edir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar