İyulun 19-da Kiçik QalArt qalereyasında rəssam Afət Bağırovanın əsərlərindən ibarət “I love absurde” (“Mən cəfəngiyatı sevirəm”) adlı sərgi açılıb. İki ay davam edəcək sərgidə rəssamın 20-dən çox əsəri nümayiş olunur.
   Tədbirdə rəssamın özünəməxsus yaradıcılıq yolundan söz açılıb. Bildirilib ki, Afət Bağırova öz əsərləri ilə tamaşaçıları dünyaya digər nöqteyi-nəzərdən baxmağa çağırır. Rəssamın əsərlərini, instalyasiyalarını, heykəllərini və videosunu beyinlə dərk etmək tamamilə mümkündür, fikrini tamamlamaq isə yox. Çünki onu ilhamlandıran hadisələrin bünövrələrini qeyri-məntiqi və struktursuz əsaslar təşkil edir. Rəssamın “Əsəbi qadın”, “Qəssab”, “Qarğalar” və digər əsərləri sənətsevərlər tərəfindən maraqla qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar