Qax Dövlət Rəsm Qalereyasında Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin və rayon mədəniyyət və turizm şöbəsinin birgə təşkilatçılığı ilə həvəskar rəssam Rövşən Şirinovun fərdi sərgisi açılıb.
   
   Mərasimdə çıxış edən rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nəzir Omarov həvəskar rəssamın son illər rəsm qalereyasında sayca üçüncü sərgisinin təşkil olunduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, müəllifin əsərlərində Vətən sevgisi, torpağa, tarixi keçmişimizə bağlılıq, xüsusilə qabarıq şəkildə özünü büruzə verir. Anadan olduğu Ləkit kəndindəki alban abidələri, İlisu kəndinin qədim yaşayış məhəllələri, tarixi-memarlıq abidələri, rayonun əsrarəngiz təbiəti Rövşən Şirinovun əsərlərinin əsas mövzusunu təşkil edir.
   Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin məsul əməkdaşları Polad Zeynalov və Rafiq Quliyev paytaxtdan kənarda, ucqar rayonlarda təşkil olunan belə sərgilərin təsviri sənətin təbliği baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər.
   Sonra tədbir iştirakçıları müəllifin sərgidə nümayiş etdirilən 50-dən artıq rəngkarlıq əsəri ilə yaxından tanış olublar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar