Türkiyənin paytaxtı Ankaranın Keçiörən bələdiyyəsinin təşkilatçılığı ilə ənənəvi Beynəlxalq Ramazan festivalı keçirilir. Bu il 4-cü dəfə gerçəkləşən festival incəsənət tədbirləri, musiqi proqramları ilə müşayiət olunur.
Ramazan ayı boyunca davam edəcək festival çərçivəsində türkdilli ölkələrin incəsənət nümunələrinin sərgiləndiyi “TÜRKSOY evi” fəaliyyət göstərəcək.
İyulun 22-də festivalda TÜRKSOY gecəsi keçirilib. Mərasimdə Azərbaycanın “Səma” uşaq rəqs qrupunun çıxışı xüsusilə yaddaqalan olub. Rəqqaslarımızın ifası gecəyə rəng qatıb.
Tədbirdə çıxış edən Keçiörən bələdiyyəsinin sədri Mustafa Ak “Səma” rəqs qrupunun konsertinin Ramazan festivalına töhfə olduğunu deyib. Bələdiyyə sədri azərbaycanlı uşaqlara Ramazan hədiyyələri təqdim edib.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov da Azərbaycanın türk dünyasının bütün tədbirlərində öndə getdiyini, təşkilatın ən fəal üzvü olduğunu vurğulayıb.
Sonra Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı və “Səma” rəqs qrupunun üzvləri Keçiörən bələdiyyəsinin sədri Mustafa Ak və baş katib Düsen Kaseinovla birlikdə “TÜRKSOY evi” ilə tanış olublar.