Sentyabrın 1-dən 9-dək Türkiyənin Aydın şəhərində rəssamların beynəlxalq “Rənglərin vəhdəti” sərgisi açılacaq. Dünyanın 20-dən artıq fırça ustasının qatılacağı bu mötəbər sənət bayramında Azərbaycanı rəssamlar İlqar Əkbərov və Nəvai Mətin Məmmədoğlu təmsil edəcəklər.
   
   Sərgidə rəssamların rəngkarlıq və qrafika janrında çəkdiyi 20-dək əsəri nümayiş olunacaq.
   Qardaş ölkənin sənətsevərləri sərgidə rəssamlarımızın son illərdə yaratdıqları əsərlərlə yaxından tanış ola biləcəklər.
   Azərbaycanlı fırça ustaları bu ilin fevralında Türkiyənin İzmir şəhərində keçirilmiş “Şərqdən Qərbə, Qərbdən Şərqə” adlanan sərgidə də ölkəmizi təmsil edib və “Beynəlxalq Sənətçilər Birliyi”nə üzv seçiliblər.
   Bir sıra beynəlxalq sərgilərdə uğurla iştirak etmiş azərbaycanlı rəssamların əsərləri indiyədək Rusiya, Türkiyə, ABŞ, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Suriya, Bolqarıstan və digər ölkələrdə nümayiş olunub.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar