Azərbaycanın Polşadakı səfirliyinin, “Lider TV və Radio-Azərbaycan” MMC-nin və Varşava Universiteti muzeyinin birgə təşkilatçılığı ilə bu təhsil ocağında Xalq rəssamı Hüseyn Əliyevin əsərlərindən ibarət sərgi açılıb. Mərasimdə Varşava Universitetinin prorektoru Aloyzı Z.Novak, ölkəmizin Polşadakı səfiri Həsən Həsənov və rəssam Əsmər Nərimanbəyova çıxış edərək Azərbaycan-Polşa mədəniyyət əlaqələri, fırça ustası Hüseyn Əliyevin yaradıcılığı haqqında məlumat veriblər. “Lider TV və Radio-Azərbaycan” MMC-nin prezidenti Ədalət Əliyev sərgiyə göstərilən diqqət və marağa görə iştirakçılara minnətdarlığını bildirib.
   Tədbirdə Polşanın Xarici İşlər, Mədəniyyət və Milli İrs nazirlikləri, parlamentin nümayəndələri, xarici diplomatlar, mədəniyyət xadimləri, “Azərbaycan Mədəniyyət Mərkəzi” cəmiyyətinin üzvləri, müxtəlif sənət adamları iştirak ediblər.
   Azərbaycan-Polşa diplomatik münasibətlərinin qurulmasının 540 və bərpasının 20 illiyinə həsr edilmiş sərgidə Xalq rəssamı Hüseyn Əliyevin 32 əsəri nümayiş olunur. Sərgi sentyabrın 30-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar