Vaqif Bəhmənli
Bəzən adam ona görə uzun yazır ki, qısa yazmağa vaxt çatmır.
* * *
İşıq saç, İlahi, gözümə... Özün yol aç, İlahi, sözümə...
* * *
Daşın parçalanmadığı təbii şəraitdə heç bir canlı orqanizm mövcud ola bilməz.
* * *
Həyat onsuz da var. Və mütləq mükəmməldi. Sənət həyatda olmayanı həyata gətirməkdi. Əvvəllər bunun tərsini bilirdim.
* * *
«Master və Marqarita» dəhşətli bir doğuşdur, əstağfürullah, bəlkə də, yaranışdır.
* * *
Nahaq sənə elə gəlir ki, mədən ağrıyır. Bəlkə, elə ağrıyan düşüncəndir?
* * *
Orta məktəbdə Allah qoymasa, bizə rus və alman dilini öyrədirdilər. Alman dili müəllimim almanca, rus dili müəllimim rusca bilmirdi. Təbii ki, heç bir şey öyrənmədim. Azərbaycan dili və ədəbiyyatını isə demək olar ki, bütün məktəb üzrə ən yaxşı mən bilirdim. Ona görə yox ki, müəllimim güclü idi. Ona görə ki, onları mənə anam öyrətdi, bir də mərhəmətli olmağı öyrətdi anam mənə...
* * *
İstərdim ki, öləndə mənə boşuna keçirdiyim zamana görə halallıq verəsiniz. O zamana görə ki, böyük həyatı və böyük kitabları oxumağa sərf olunmalıydı... Ayrı bir günahım yoxdur!
* * *
Milyon illər keçəndən sonra bəşəriyyətin varlığında baş verən yeganə dəyişmə budur ki, sürünü ailə əvəz edib. Amma bu hələ mükəmməl əvəzlənmə deyil. Hesab sürünün xeyrinədir. Proses gedir...
* * *
Bütün dahiyanə kəşflərin müəllifləri sadə insanlardır, alimlər isə sadə insanların kəşflərinə yiyələnən plagiatlardır.
* * *
Ədəbiyyat elə elm sahəsidir ki, onu dərk etməyin vasitəsi biliklər deyil, duyğulardır.
* * *
Mən divi anamın südü qədər müqəddəs sayıram. Çünki div olmasa nağıl olmaz. Yazıq o dünyanın halına ki, divsiz və nağılsızdır!
* * *
Bir ara şeir yazarkən qəliblərdən çox qorxurdum. Sonra anladım ki, kainatda qəlibsiz heç nə yoxdur. Sonsuzluğa qədər kiçilən zərrəcik də qəlibdir.
Azərbaycan şeirində isə qəliblər, həm də mənanı diktə edir. Qəlibdən gələn mənanı tuta bilən yazar artıq sənətkardır.
Sənətkar ekstaz vəziyyətində də qəlibin içindədir. Əks halda, yaradılan əsər atributlardan birini, bəlkə də, ən əsasını itirər. Bu, düşüncənin harmoniyasıdır. Bu, estetik paroldur.
Qəlib və onunla bağlı burada deyilənlər həqiqətdir. Fəqət, xəstə «peşəkarları» dərhal ayırd etmək gərək. Onlaq qəliblərin düşmənidirlər. Onlar qəlibləri rüsvay edirlər. Onların sanki bir məqsədləri var; alaq kimi dörd yanı bürüyüb nadir çiçəkləri görünməz etmək!