İyunun 22-25-də “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyi müasir aktual incəsənətdə çalışan rəssamların sərgisini keçirəcək. “Qızmar günəş altında” adı ilə keçiriləcək sərgidə 7 rəssamın - Törəxanım Ağabəyova, Babək Ağayev, Rəşad Ələkbərov, Orxan Hüseynov, Fərid Rəsulov, Emin Sultanov və Nailə Zülfüqarovanın əsərləri nümayiş olunacaq. Qeyd edək ki, rəssamlar ”Qızmar günəş altında” filmindən səhnələri rəsmə çeviriblər.