Gənc kinematoqrafçılar üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən “Bu meydan, bu ekran - 2010” müsabiqəsinin nəticələri açıqlanıb. Kinematoqrafiya şöbəsindən verilən məlumata görə, müsabiqəyə prodüsser mərkəzləri və kino şirkətləri tərəfindən 51 layihə təqdim edilib.
   Münsiflər heyətinin qərarı ilə yalnız 3 layihə qalib elan olunub. Bunlar “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin “Gözlərimə gün düşür”, “Sinema Evi” MMC-nin “Atamı çox sevirəm” və “Ayan-Z” MMC-nin “Günəşdə ləkələr” layihələridir. Qeyd edək ki, qalib layihələr adıçəkilən şirkətlərdə bu il istehsalata buraxılacaq.