İyunun 25-də Dövlət Film Fondunda tanınmış aktyor və rejissor İsmayıl Əfəndiyevin 100 illik yubileyi münasibəti ilə anım tədbiri keçiriləcək. İsmayıl Əfəndiyev Azərbaycan kinosunda “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Fətəli xan”, “Koroğlu”, “Qızmar günəş altında”, “Kölgələr sürünür”, “İnsan məskən salır” filmlərində yaddaqalan obrazlar yaradıb. Rejissor kimi “Kölgələr sürünür” bədii, bir neçə qısametrajlı və sənədli ekran əsərinə quruluş verib. Kino ilə yanaşı, teatrda da fəaliyyət göstərib.