İranın məşhur aktrisası Fatemeh Motamed Aranın televiziya qadağası müvəqqəti olaraq götürülüb. Televiziyada yayımlanan "Baş aşpaz" serialında rolu olan Fatemeh Motamed Ara üçün tətbiq olunan qadağa bu serial bitdikdən sonra yenidən qüvvədə olacaq.
Qeyd edək ki, 48 yaşlı aktrisa Fransada keçirilən 63-cü Kann Kinofestivalında ölkəsinin geyim qaydalarına zidd geyindiyi (festivala çadrasız qatılıb) üçün İranın Dövlət Radio Televiziya Nəzarət Şurası tərəfindən onun efirə çıxmasına qadağa qoyulmuşdu.