İyunun 7-də Muzey Mərkəzində rəssam Səməni Qasımzadənin fərdi sərgisinin açılış mərasimi olacaq. 1993-cü ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini bitirən Səməni Qasımzadə Rəssamlar İttifaqının üzvüdür, müxtəlif sərgilərin iştirakçısı olub. Sərgidə rəssamın 37 qobeleni nümayiş olunacaq.