İyulun 19-da İçərişəhər təsviri sənət yarmarkasında Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Rəsm Qalereyasının, Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin və “Artinvest” MMC-nin təşkilatçılığı ilə "Azərbaycan Özbəkistan uşaqlarının, Özbəkistan Azərbaycan uşaqlarının gözü ilə" adlı rəsm sərgisi açılacaq.
Sərgidə azərbaycanlı uşaqların Özbəkistana həsr olunmuş 25 və özbəkistanlı uşaqların Azərbaycana həsr olunmuş 25 əl işi nümayiş olunacaq.
Qeyd edək ki, bu layihənin ilk sərgisi mayın 26-da, Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyi ərəfəsində Daşkənddə keçirilib.