İyunun 28-də “Park Bulvar”da fiziki qüsuru olan gənclərin rəsm və əl işlərindən ibarət sərgi təşkil olunacaq. Tədbirdə 25-ə yaxın gənc rəssam Milli Məclisin deputatları və incəsənət xadimləri ilə birlikdə maraqlı ekspozisiya hazırlayacaqlar.