­Dün­ya şöh­rət­li rəs­sam En­di Vor­ho­lun "Hə­yat, ölüm və gö­zəl­lik” sər­gi­sin­də “a­çıq gün” 
   
   Av­qus­tun 6-da XX əs­rin məş­hur rəs­sa­mı En­di Vor­ho­lun Hey­dər Əli­yev Mər­kə­zin­də ke­çi­ri­lən “Hə­yat, ölüm və gö­zəl­lik” sər­gi­sin­də “a­çıq gün” elan olu­nub.
   

   Bö­yük sə­nət­ka­rın 85 il­lik yu­bi­le­yi mü­na­si­bə­ti­lə elan edi­lən “a­çıq gün”­də bü­tün zi­ya­rət­çi­lər sər­gi­yə sər­bəst gi­riş im­ka­nı əl­də edib­lər. Sər­gi­də XX əs­rin pop-art sə­nə­ti­nin məş­hur si­ma­sı­nın 100-dən çox əsə­ri, ki­çik film­lə­ri nü­ma­yiş olu­nur.
   Xa­tır­la­daq ki, dün­ya şöh­rət­li rəs­sa­mın Ba­kı­da sər­gi­si iyu­nun 21-də Hey­dər Əli­yev Mər­kə­zi­nin və En­di Vor­hol Mu­ze­yi­nin bir­gə dəs­tə­yi ilə açı­lıb. Bu sər­gi Hey­dər Əli­yev Mər­kə­zi­nin mə­də­niy­yət­lə­rin bir-bi­ri­nə qo­vuş­ma­sı, xalq­lar ara­sın­da dia­lo­qun ya­ran­ma­sı is­ti­qa­mə­tin­də uğur­lu la­yi­hə­lə­rin­dən bi­ri­dir.
   Sent­yab­rın 18-dək da­vam edə­cək “Hə­yat, ölüm və gö­zəl­lik” sər­gi­sin­də rəs­sa­mın 100-dək əsə­ri və qı­sa film­lə­ri yer alıb.
   En­du Vor­hol 1928-ci il av­qus­tun 6-da Pits­burq­da (ABŞ, Pen­sil­va­ni­ya şta­tı) dün­ya­ya gə­lib. Rəs­sam­lıq­la ya­na­şı, ki­nop­ro­dü­ser, ki­noakt­yor, fo­toq­raf, qra­fik di­zay­ner, rek­lam me­ne­ce­ri ki­mi də fəa­liy­yət gös­tə­rib. 1987-ci il fev­ra­lın 22-də və­fat edib.
   Ə­sər­lə­ri in­di­yə­dək dün­ya­nın ək­sər mu­zey və rəsm qa­le­re­ya­la­rın­da sər­gi­lə­nib.
   Rəs­sa­mın əsər­lə­ri­ni dün­ya­nın bir çox mu­zey­lə­rin­də təq­dim edən En­di Vor­hol Mu­ze­yi­nin ge­niş səy­yar sər­gi proq­ra­mı var. Mu­ze­yin 1996-cı il­dən eti­ba­rən 40 öl­kə­də təş­kil et­di­yi sər­gi­lə­ri 10 mil­yon­dan çox zi­ya­rət­çi iz­lə­yib.