Dünya şöhrətli rəssam Endi Vorholun "Həyat, ölüm və gözəllik” sərgisində “açıq gün”
Avqustun 6-da XX əsrin məşhur rəssamı Endi Vorholun Heydər Əliyev Mərkəzində keçirilən “Həyat, ölüm və gözəllik” sərgisində “açıq gün” elan olunub.
Böyük sənətkarın 85 illik yubileyi münasibətilə elan edilən “açıq gün”də bütün ziyarətçilər sərgiyə sərbəst giriş imkanı əldə ediblər. Sərgidə XX əsrin pop-art sənətinin məşhur simasının 100-dən çox əsəri, kiçik filmləri nümayiş olunur.
Xatırladaq ki, dünya şöhrətli rəssamın Bakıda sərgisi iyunun 21-də Heydər Əliyev Mərkəzinin və Endi Vorhol Muzeyinin birgə dəstəyi ilə açılıb. Bu sərgi Heydər Əliyev Mərkəzinin mədəniyyətlərin bir-birinə qovuşması, xalqlar arasında dialoqun yaranması istiqamətində uğurlu layihələrindən biridir.
Sentyabrın 18-dək davam edəcək “Həyat, ölüm və gözəllik” sərgisində rəssamın 100-dək əsəri və qısa filmləri yer alıb.
Endu Vorhol 1928-ci il avqustun 6-da Pitsburqda (ABŞ, Pensilvaniya ştatı) dünyaya gəlib. Rəssamlıqla yanaşı, kinoprodüser, kinoaktyor, fotoqraf, qrafik dizayner, reklam meneceri kimi də fəaliyyət göstərib. 1987-ci il fevralın 22-də vəfat edib.
Əsərləri indiyədək dünyanın əksər muzey və rəsm qalereyalarında sərgilənib.
Rəssamın əsərlərini dünyanın bir çox muzeylərində təqdim edən Endi Vorhol Muzeyinin geniş səyyar sərgi proqramı var. Muzeyin 1996-cı ildən etibarən 40 ölkədə təşkil etdiyi sərgiləri 10 milyondan çox ziyarətçi izləyib.