Sentyabrın 10-da “Park Bulvar” ticarət və əyləncə mərkəzində “Azərbaycanımın inkişafı - 10 il” fotomüsabiqəsinin sərgisi açılıb. 
   “Azərbaycanımın inkişafı - 10 il” layihəsi “İrəli” İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Gənclər Təşkilatları Milli Şurası və Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclər Forumunun ortaq təşəbbüsü əsasında həyata keçirilir.
   Fotomüsabiqənin məqsədi Azərbaycanın müxtəlif bölgələrindən olan peşəkar və həvəskar fotoqrafların son 10 ildə Azərbaycan və onun inkişafı, ölkədə gedən proseslər, sürətli dəyişikliklərlə bağlı müxtəlif mövzuları əhatə edən işlərin toplanılması və onların cəmiyyətə təqdim edilməsidir. Layihənin davam etdiyi müddətdə yüzlərlə iş təqdim olunub. Onlardan 150 foto seçilərək sərgidə nümayiş etdirilir.
   Sərgi “Park Bulvar” ticarət və əyləncə mərkəzində bir ay müddətində təqdim olunacaq. Müsabiqənin sonunda “Facebook” səhifəsində və peşəkar fotoqraflar tərəfindən ən çox bəyənilən işlərin müəllifləri müəyyən olunaraq mükafatlandırılacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar