Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi nəzdində “Sozvezdiye” yaradıcı gənclər klubunun üzvləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda öz əsərlərindən ibarət “İki xalqın dostluğu” adlı sərgi təşkil ediblər.
Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov, “Rossotrudniçestvo” Federal Agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimləri iştirak ediblər.
Sərgi qala qapılarının yanında, açıq səma altında təşkil edildiyinə görə ona tamaşa etmək istəyənlərin sayı çox olub. “Sozvezdiye” klubu üzvlərinin təqdim etdikləri musiqi proqramı da maraqla qarşılanıb.