Azərbaycan Bəstəkarlar İttifaqı Mədəniyyət və Turizm Nazirliyi ilə birgə rəqs kollektivləri üçün yeni əsərlərin yaradılması məqsədilə rəqs musiqisi janrında müsabiqə elan edib.
Müsabiqəyə heç bir yerdə səslənməmiş və nəşr olunmamış yeni əsərlər təqdim edilməlidir. Əsərlər simfonik və ya xalq çalğı alətləri orkestri üçün nəzərdə tutularaq, xalq rəqs musiqisi üslubunda yazılmalı və 5-10 dəqiqəlik vaxt həcmində olmalı, fortepiano ifasında və ya səsyazma studiyasında yazılmış şəkildə səsləndirilməlidir.
Müsabiqənin qaliblərinə mükafatlar nəzərdə tutulur: I yer (1000 manat), II yer üçün iki mükafat (600 manat), III yer üçün 3 mükafat (400 manat), üç həvəsləndirici mükafat (200 manat). Əsərlər 2013-cü il noyabrın 25-dək Bəstəkarlar İttifaqında qəbul olunacaq. Əlaqə telefonu: 598 08 86.