Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən bildiriblər ki, “Buta film” kino şirkəti tərəfindən lentə alınan “Sonuncu” filminin çəkilişləri yekunlaşıb. Yeni ekran əsərinin ssenari müəllifi və rejissoru Teymur Daimi, prodüsseri Əlisa Cabbarov, icraçı prodüsseri Vidadi Rüstəmov, operatoru Fərhad Babayevdir.
   Filmdə baş rolda yazıçı Aleksandr Hakimov, rollarda Rəna Əhmədzadə, Basat Qorçu, Cabir Zeynalov, Fərizə Babayeva və başqaları çəkiliblər.
   Yeni film ekranlara cari ilin payızında çıxacaq.