Yanvarın 26-da Mədəniyyət və Turizm Nazirliyi və Gənclər şəbəkəsinin dəstəyi, “Arts Council Azerbaijan”ın (“Azərbaycan İncəsənət Konsulluğu”) təşkilatçılığı ilə “Art Villa” qalereyasının yerləşdiyi məkanda plener keçiriləcək.
Tədbirdə gənc rəssamlardan Cavid İlhamlı, Nazim Babayev, Eldar Həsənov, Zöhrab Salamzadə, Teymur Qəribov, Könül Kəngərli və başqaları, eləcə də yaşlı nəsli təmsil edən fırça ustaları da iştirak edəcəklər.
“Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatından bildiriblər ki, sərgini təşkil etməkdə əsas məqsəd gənc nəslin incəsənətə olan marağını daha da artırmaq, Azərbaycan rəssamlarını tanıtdırmaqdır.