Yanvarın 25-də Londonun Kurto İncəsənət İnstitutunda açılan “East Wing” biennalesi çərçivəsində Azərbaycan rəssamı Rəşad Ələkbərovun yeni əsəri nümayiş olunacaq. “YARAT” Müasir İncəsənət Məkanından bildiriblər ki, “Seyrçilik” (“Spectatorship”) adlı tədbirdə tamaşaçı və məkan əlaqələrinin ibtidai, ənənəvi və müasir konsepsiyalarına meydan oxunacaq.

“East Wing” biennale silsiləsinin 11-ci konsepsiya əsaslı instalyasiyalar sərgisi gənc kuratorlara müasir incəsənəti təmsil edən rəssamlarla yeni əməkdaşlığın yaradılması imkanı verir. İnteraktiv, yəni iştirakçılıq əsaslı incəsənətin nümayəndələri olan rəssamlar tamaşaçılarla birlikdə sərgidə müəyyən rol oynayacaqlar. Rəssamların bəziləri tamaşaçıları yaradılan əsərlərlə ünsiyyət qurmağa və bununla bu ünsiyyətə maraq oyatmağa dəvət edəcək, digərləri əsərlərlə bağlı suallar verəcək və irəli sürülən tələbləri səsləndirəcəklər.
Tədbirdə Azərbaycan müasir incəsənətini innovativ instalyasiyaları yaradan, qeyri-ənənəvi əsərləri ərsəyə gətirən rəssam Rəşad Ələkbərov təmsil edəcək. Rəssamın işləri qeyri-müvafiq əşyalardan ibarətdir və yaddaşda tanış səhnələri və ya şablonları canlandıraraq tamaşaçıların əsərlə bağlı fikirlərini sınaqdan keçirir.
Rəşad Ələkbərov Azərbaycan incəsənətini 2007 və 2013-cü illərdə Venesiya Biennalesində təmsil edib.
Rəşadın son əsəri metal ünsürlərdən ibarət olan və düzgün baxış bucağından baxılmadığı halda xaos və qarmaqarışıqlıq təəssüratı yaradan irimiqyaslı instalyasiyadır. Əsəri yalnız bir bucaq altında düzgün qavramaq olar və bu bucaq altında “Bu xaos deyil” (“It is not a chaos”) ifadəsi oxunur. Müəllif nəzərə çatdırmaq istəyir ki, digər insanın nöqteyi-nəzərindən bəzi əşyalara nəzər yetirmədiyimiz halda onlar düzgün dərk edilmir.
“East Wing” biennalesində müxtəlif ictimai proqramlar və açıq günlər təşkil ediləcək. Sərgi 2015-ci il iyulun 13-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar