Polşada beynəlxalq incəsənət festivalı

Mayın 28-dən iyunun 2-dək Polşanın Qoleniou şəhərinin Mədəniyyət evinin təşkilatçılığı və UNESCO üzrə Polşa Milli Komissiyasının dəstəyi ilə XXIII beynəlxalq “Rəng sənəti” incəsənət festivalı keçiriləcək.

UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasından bildiriblər ki, festivalın məqsədi gənclər arasında bədii yaradıcılığın təşviqi, uşaqların və yeniyetmələrin incəsənətdə dostluq və həmrəyliyinin nümayiş etdirilməsidir.
Festivalda 6-24 yaş arasında uşaqlar və gənclər “Nağıl, əfsanə və rəvayətlər ölkəsində” mövzusunda rəssamlıq, qrafika və fotoqrafçılıq sahələrində əsərlərlə iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək üçün əsərlər ən geci cari il martın 1-dək UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasına göndərilməlidir. Qaliblərin mükafatlandırılması mərasiminin Polşada təşkil edilməsi nəzərdə tutulur. Əsərlər beynəlxalq sərgilərdə nümayiş etdiriləcək.