Dövlət Film Fonduna Rusiyanın Novokosinsk şəhərində yaşayan V.Qazilkovun şəxsi arxivindən Azərbaycan kinosu ilə bağlı sənədlər daxil olub. Bu sənədlər arasında görkəmli kinorejissor Rasim Ocaqovun “Ad günü”, “Tütək səsi”, “Qatır Məmməd” filmlərinə aid resenziyalar da var.
   Film Fondun rəhbəri, Əməkdar incəsənət xadimi Cəmil Quliyev bildirib ki, bu resenziyalar 1975, 1976 və 1978-ci illərdə “Sovet ekranı” jurnallarında dərc olunub. Məqalələrin müəllifləri görkəmli Rusiya kinoşünasları Stanislav Rassadi, Yelena Stişova, Tatyana Xvoplyankinadır.
   Bundan başqa, həmin şəxsi arxivdən daxil olan sənədlər arasında görkəmli kinorejissor Arif Babayevin “Uşaqlığın son gecəsi” filminə həsr olunmuş resenziya, eləcə də “İnsan məskən salır” filminə aid resenziyalar da var. 1967-1968-ci illərdə “Sovet ekranı” jurnallarında dərc olunan resenziyaların müəllifləri görkəmli kinoşünas V. Bajoviç və L. Zakırjevskayadır.
   Azərbaycanın görkəmli aktrisası Şəfiqə Məmmədova haqqında da 1978-ci ildə “Sovet ekranı” jurnalında Zoya Muxinanın müəllifliyi ilə dərc olunmuş məqalə Dövlət Film Fonduna təqdim olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar