Özbəkistanda Azərbaycan rəssamlarının sərgisi

Aprelin 25-də ölkəmizin Özbəkistan Respublikasındakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Özbəkistan Təsviri İncəsənət Qalereyasında “Odlar yurdunun baharı" adlı sərgi açılacaq. Azərbaycan rəssamlarının akvarel əsərlərinin yer alacağı sərgi ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunub.
Sərgi Azərbaycan Respublikasının Özbəkistandakı səfirliyi, Özbəkistanın Təsviri İncəsənət Qalereyası, Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə təşkil olunub. İki gün davam edəcək sərgidə Azad Şıxəliyev, Hafiz Kərimov, İlahə Əliyeva, Humay Axundova, Məmmədhüseyn Hüseynov, Asif Cəfərov, Elşad Hüseynov və başqa rəssamlarımızın sulu boya ilə çəkilmiş (akvarel) 50-dək əsəri nümayiş olunacaq.
Sərgidə Özbəkistanın tanınmış rəssamları, sənətşünaslar, Özbəkistan Rəssamlıq Akademiyasının, Kamoliddin Bexzod adına Özbəkistan Rəssamlıq və Dizayn İnstitutunun nümayəndələri, müəllim və tələbələr iştirak edəcəklər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar