Özbəkistan Xarici İşlər Nazirliyinin nəzdindəki Daşkənd Beynəlxalq Məktəbində “Xalqların mədəniyyəti” festivalı keçirilib.
Festivalda Özbəkistan, ABŞ, Rusiya, Türkiyə, Hindistan, Pakistan, Əfqanıstan, İtaliya, Gürcüstan, Qazaxıstan və başqa ölkələrin səfirlikləri öz tarixi, mədəniyyəti, milli adət-ənənələrini nümayiş etdiriblər.
Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşkil etdiyi guşədə mədəniyyətimizə dair kitablar, suvenirlər, milli musiqi alətləri və milli yeməklərimiz nümayiş etdirilib.
Məktəblilər və qonaqlar Azərbaycan guşəsinə böyük maraq göstərib, eksponatların zənginliyi, milli xörəklərimiz və şirniyyatlarımızın əlvanlığı təşkilat komitəsi tərəfindən yüksək qiymətləndirilib. Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” rəqs kollektivi milli rəqslərimizi ifa ediblər.