Mayın 12-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində “Bir millət, iki dövlət” mövzusunda rəsm sərgisi açılıb. Sərgi akademiyanın muzey-sərgi kompleksinin və Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən Kadıköy Sənətçilər Dərnəyinin birgə layihəsidir.
Layihənin rəhbəri, Kadıköy Sənətçilər Dərnəyinin üzvü Aida Zeynalova çıxış edərək sərgi haqqında məlumat verib. Bildirilib ki, dostluq sərgisində Kadıköy Sənətçilər Dərnəyi üzvlərinin 48 əsəri nümayiş olunur.
Mərasimdə çıxış edən ADRA-nın prorektoru, Xalq rəssamı Səlhab Məmmədov, ali təhsil müəssisəsinin muzey-sərgi kompleksinin rəhbəri Lalə Eldarova, Xalq rəssamı Fuad Salayev Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərindən söhbət açıblar. Qeyd olunub ki, hazırda akademiyada 70-ə yaxın türkiyəli gənc təhsil alır. Sərginin hər iki ölkə arasında mədəniyyət və incəsənət sahəsində əlaqələrin inkişafına töhfə olacağı vurğulanıb.
Bakıya ilk səfərlərindən məmnun olduqlarını vurğulayan Kadıköy Sənətçilər Dərnəyinin rəhbəri Perihan Baykal və türkiyəli rəssamlar sərginin təşkil edilməsində əməyi olanlara minnətdarlıqlarını bildiriblər.
Sərgidə nümayiş olunan əsərlər müxtəlif üslub və motivləri əhatə etsə də, bu rəsmlərdə Azərbaycanın mənzərəsi, tarixi və memarlıq abidələrini əks etdirən süjet xətti də yer alıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar