İyulun 15-dən İranın paytaxtı Tehranda "Rəhmət" IV qısametrajlı beynəlxalq filmlər festivalı işə başlayıb. Ayın 22-dək davam edəcək festivalda azərbaycanlı rejissor-ssenarist Elçin Əsədov "Məsiha" filmi ilə iştirak edir.
   Məlumat üçün bildirək ki, altı dəqiqəlik film "Start" Beynəlxalq Tələbə Filmləri Festivalında "Ən yaxşı eksperimental film" nominasiyasına layiq görülüb.
   Rejissorun sözlərinə görə, festivalda "Exo prodakşn"ın istehsalı olan filmlər və digər azərbaycanlı sənədli film çəkən rejissorların əsərləri nümayiş olunacaq.