2 avqust - Milli kino gününə hazırlıq işləri başlayıb. Bu badə Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov məlumat verib. Onun sözlərinə görə, Milli kino günündə Heydər Əliyev Sarayında dövlət sifarişi ilə çəkilmiş Azərbaycan və Fransa kinematoqrafçılarının birgə istehsalı olan “Kabusun gözü ilə” filmi nümayiş olunacaq. Filmin ssenari müəllifi, rejissor və prodüsseri Rüstəm İbrahimbəyovdur.
Onu da qeyd edək ki, Milli kino günündə Muzey Mərkəzində “Azərbaycan kino plakatı - 1930-1960-cı illər” adlı sərgi tamaşaçılara nümayiş olunacaq.