Eyni adlı filmdə yaratdığı Harri Potter obrazından sonra bütün dünyada tanınan məşhur ingilis aktyoru Deniel Redkliff yeni filmə dəvət alıb. Belə ki , gənc aktyor yazıçı Erix Mari Remarkın “Qərb cəbhəsində dəyişiklik yoxdur» romanının yeni ekran variantında ilk dəfə olaraq Paulya Boymer adlı alman əsgərinin obrazını yaradacaq. Yeni filmin çəkilişlərinin 2012-ci ildə başlanacağı qərara alınıb. Onu da qeyd edək ki, məhz bu filmlə məşhur alman yazıçısının əsəri üçüncü dəfə ekranlaşdırılır. Əsərin 1930 və 1979- cu illərdəki ekran variantı tənqidçilər və tamaşaçı auditoriyası tərəfindən yüksək qiymətləndirilmişdi. Buna görə də prodüsserlər güman edirlər ki, filmin yeni versiyası bu dəfə də tamaşaçılar tərəfindən mülayim qarşılanacaq.
   Onu da bildirək ki, gənc aktyor Deniel Redkliff bundan öncə I Dünya müharibəsinə həsr olunmuş filmlərdə rol alıb. Aktyor 2007-ci ildə rol aldığı “Mənim oğlum Cek” filmində ingilis yazıçısı Redyard Kiplinqin müharibədə naməlum şəkildə itən oğlunun obrazını yaradıb.
   
   Vəfa