2010-cu ilin “Emmi” televiziya mükafatının nominantlarının adları açıqlandı. Müsabiqədə “ən yaxşı serial” adı uğrunda “Sağ qalmaq” və “Ağılsızlar” filmi mübarizə aparacaq. “Ən yaxşı dramatik serial” nominasiyasına isə “Sağ qalmaq”, “Dekster” (Dexter)”, “Əsl qan” (True blood), “Pis sınmaq” (Breaking bad) filmlərinin namizədliyi irəli sürülür. Onu da qeyd edək ki, “Ağılsızlar” filmi artıq üçüncü dəfə bu kateqoriyaya namizəd görülür. Film hələ 2008 və 2009-cu illərdə “Ən yaxşı serial” adına layiq görülüb.
   “Ən yaxşı komediya serialı» adına isə “Şənlik” (Glee), “Müasir ailə” (Modern family), “Tibb bacısı Cekki” (Nurse Jackie) və “Ofis” (The office) filmləri namizədlik edir.
   “Ən yaxşı komik aktrisa” roluna görə isə bu dəfə də siyahıya Tina Fey başçılıq edir. İkinci planda “Ən yaxşı komik aktyor” adına isə Alek Bolduin namizəd göstərilib.
   “Ən yaxşı dramatik aktyor” siyahısında isə Metyu Foks, Xyu Lori, Con Hemm, Maykl Holl, Cim Parsonsun adları qeyd olunub.
   “Yaxşı həyat yoldaşı” (The Good Wife) filmindəki roluna görə isə aktrisa Culiana Marqulis “ən yaxşı dramatik qadın” nominasiyasına layiq görülüb. Onu da qeyd edək ki, aktrisa bu roluna görə artıq “Qızıl qlobus”a layiq görülüb. 2010-cu ilin “Emmi” televiziya mükafatlandırma mərasiminin baş tutacağı tarix də artıq bəllidir. Mərasim avqustun 29-da keçiriləcək. Tədbirdə aparıcı qismində aktyor Cimmi Fellon çıxış edəcək.
   
   Vəfa Zeynalova