Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan 20 Yanvar mövzusunda əsərlərin sərgisi

Yanvarın 19-da Muzey Mərkəzinin sərgi qalereyasında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş sərgi açıldı. Sərgidə Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan 20 Yanvar mövzusunda əsərlər yer alıb.

Açılış mərasimində çıxış edən Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov bildirdi ki, bu günlərdə ölkəmizdə və eləcə də dünyanın bir çox yerlərində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım tədbirləri keçirilir. Qeyd olundu ki, ötən illərdə incəsənət adamlarımız bu mövzuya dəfələrlə müraciət ediblər, rəssamlıq, kino və teatr, musiqi sahəsində çoxlu əsərlər ərsəyə gəlib. Bu sənət əsərləri faciənin dünya ictimaiyyətinə tanıdılmasında, tarixi həqiqətlərin yayılmasında mühüm rol oynayır. Azərbaycan xalqının azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin qəhrəmanlıqları zaman-zaman bədii sənət nümunələrində öz əksini tapacaq və gələcək nəsillərə ötürüləcək.
Bildirildi ki, sovet ordusunun Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutmasını, kütləvi terror nəticəsində günahsız insanların qətlə yetirilməsini təsvir edən rəsm əsərlərində bu faciənin bütövlükdə bəşəriyyət əleyhinə cinayət olduğu diqqətə çatdırılır.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular. Ekspozisiyada təsviri sənət ustalarımızın 20 Yanvar faciəsinə həsr edilən 22 rəngkarlıq, 12 qrafika, 1 heykəl və 3 tətbiqi sənət nümunəsi nümayiş olunur. Sərgi yanvarın 21-dək davam edəcək.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar