Yanvarın 19-da Vaqif Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbi şagirdlərinin 20 Yanvara həsr edilmiş rəsmlərindən ibarət sərginin açılışı oldu.
Açılışda çıxış edən məktəbin direktoru Akif Süleymanov bildirdi ki, 20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə tariximizin şanlı səhifələrindən birini təşkil edir: “Faciədən 25 il ötməsinə baxmayaraq, həmin tarixi məqamlar nəsildən-nəslə ötürülərək yeniyetmələrin yaddaşına həkk olunur. 20 Yanvar faciəsi təkcə Azərbaycan tarixinin deyil, bəşər tarixinin ən dəhşətli səhifələrindən biri, insanlığa qarşı həyata keçirilmiş qanlı aksiya idi. Bu hadisə Azərbaycan xalqının iradəsini, yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini hər il ümumxalq hüzn günü kimi qeyd edirik. Məktəbimizin şagirdləri də bu mövzuda əl işlərini təqdim edirlər. Həmin hadisələri dərslikdən, müəllim və valideynlərindən öyrənən, televiziya kadrlarında görən fidan balalar yaratdıqları rəsmlərlə həmin hadisəyə öz baxışlarını bizə nümayiş etdirirlər. Bu da o deməkdir ki, tariximiz unudulmur və bu tarix gənc nəslə düzgün təbliğ edilir”.
Tədbirdə uşaq musiqi və incəsənət məktəblərinin direktor və müəllimləri iştirak edirdilər. Çıxışlardan sonra şagirdlərin rəsmlərinə baxış keçirildi. Sərgidə 30-dan artıq əl işi nümayiş olunurdu.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar