Yanvarın 29-da “Yay” qalereyası 2015-ci ilin ilk sərgisini - Marqret Ayherin “Təsvirlər quruluşu” adlı fərdi ekspozisiyasını təqdim edəcək.
Qalereyadan bildirilib ki, almaniyalı Marqret Ayher qobelen sənəti üzrə ixtisaslaşan konseptual rəssamdır. O, informasiya əsrimizdə geniş yayılmış və hamıya tanış olan təsvirləri barokko obrazları ilə birləşdirən iri qobelenlərin müəllifi kimi məşhurdur. Onun qobelenləri əsasən çap və elektron formatda olan fotojurnalistika və reklam obrazlarını əks etdirir.
Rəssamın media-qobelenləri ucuz başa gələn, lakin yüksək texnologiyalara söykənən sənaye məhsuludur. Həmin əsərlərdə müasir informasiya cəmiyyətimizin nişanələri müxtəlif mənbələrdən götürülmüş obrazların konseptual hala gətirilmiş piratlığı kimi təsvir olunur. Rəssam bu əsərlərdə özünəməxsus tərzdə müasirliklə klassik irsin simbiozunu, sintezini, vəhdətini təqdim edir.
Sərgi martın 19-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar