“Buta” İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Londonda keçirilən II beynəlxalq “Buta” Azərbaycan incəsənəti festivalı çərçivəsində “Asia House”da (Asiya incəsənəti evi) əslən Azərbaycandan olan tanınmış fotoqraf Aleksandra Kremer-Komasouridzenin “Azadlığın üzləri” (“Faces of Freedom”) adlı fərdi foto sərgisi açılıb.
Açılışda çıxış edən “Buta” İncəsənət Mərkəzinin baş direktoru Nəsib Piriyev fotoqrafın sənətini yüksək qiymətləndirib. O, “Buta” festivalının növbəti tədbirləri haqqında da danışıb, Azərbaycan incəsənətinin Londonda sevilməsinin qürurverici olduğunu deyib.
“Asia House”un incəsənət və təlim üzrə direktoru Pamela Kember sərgi haqqında qonaqlara məlumat verib, mövzunun aktuallığına diqqət çəkib. Sərginin kuratoru, müasir incəsənət mütəxəssisi Fərəh Piriyeva Aleksandra Komasouridzenin yaradıcılığı barədə danışıb.
Sonda müəllif fotoların çəkilməsində və sərginin təşkil edilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib.
Fevralın 15-dək davam edəcək sərgi Azərbaycan, Rusiya, İran, Fransa, Gürcüstan, İngiltərə və ABŞ-dan 50 qadının monoxrom formatında çəkilmiş pasport fotolarından ibarətdir. Müəllif şəxsiyyət, gözəllik və daxili imanı araşdırmaq məqsədilə fotodakı qadınları həm hicablı, həm də hicabsız təsvir edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar